Ermənistanda Covid-19-a yoluxanların sayı 250 minə çatır
14 Sentyabr 2021 11:30 DünyaErmənistanda daha 657 nəfər COVID-19-a yoluxub.Olaylar.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 249 803-ə çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5034-ə yüksəlib.Koronavirusa yoluxan 233 521 nəfər sağalıb. Hazırda 10 068 pasiyent müalicə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31