Qardaş ölkədən çox ağır xəbər gəldi
14 Sentyabr 2021 08:30 DünyaQardaş ölkə Türkiyədən günün ikinci acı xəbərini aldıq. Bu dəfə daha dəhşətli xəbər...
Azərforum xəbər verir ki, Türkiyədə Muğla vilayətinin Menteşe rayonunda tur avtobusu tələbələri daşıyan minik vasitəsi ilə toqquşub.
Belə ki, avtobus sürücüsü infarkt keçirərək idarəetməni itirib. Bu zaman onun idarə etdiyi nəqliyyat vasitəsi tələbələri daşıyan mikroavtobusa çırpılıb.
Avtobusun sürücüsü hadisə yerində ölüb, ukraynalı turistlər və tələbələr də daxil olmaqla 49 nəfər (7 tələbə, 41 ukraynalı turist və sürücü) yaralanıb.
Hadisə yerinə çox sayda səhiyyə işçisi və polis cəlb olunub.
Yaralılardan 16 yaşlı tələbə Polat Y.-nın vəziyyətinin ağır olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31