Rusiyada COVİD-19 infeksiyasına yoluxanların sayı açıqlanıb
13 Sentyabr 2021 14:32 DünyaRusiyada son sutka ərzində 18178 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb. Koronavirusla mübarizə böhran mərkəzindən sentyabr ayının 13-də mediaya verilən məlumata görə, ümumi infeksiyaların sayı 7,158,248 nəfərə çatıb.Məlumata əsasən, yeni infeksiyaların nisbi artımı 0,25% səviyyəsindədir.Son sutka ərzində, Moskvada 2022 , Sankt-Peterburqda 805 , Moskva bölgəsində 758 yeni yoluxma hadisəsi aşkar edilib. Həmçinin, bu müddət ərzində Sverdlovsk vilayətində 511, Rostov vilayətində 470, Samara vilayətində 469 yeni yoluxma faktı aşkar edilib.Ümumilikdə, Rusiyada 562 654 koronovirus xəstəsi müalicə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31