Rusiyada sərnişin təyyarəsi tayqaya sərt eniş edib – Xəsarət alanlar var

Rusiyanın İrkutsk vilayətində "L-410" sərnişin təyyarəsi qəza enişi edib.

Göyərtəsində 14 nəfər olan təyyarə Kazaçinsk yaşayış məntəqəsinin 4 kilometrliyində tayqada yerə enib.

Təyyarə İrkutsk şəhərindən Kazaçinsk yaşayış məntəqəsinə uçuş həyata keçirirdi.

Hadisə yerinə xilasetmə dəstələri yollanıb.

Təyyarə eniş zamanı alışıb, ağaclara dəyərək qəzaya uğrayıb. Bir neçə nəfər xəsarət alıb, onlardan bəziləri sərbəst şəkildə təyyarədən düşüblər. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Hadisənin ya dumanda eniş etmək istəyən ekipajın səhvi, ya da mühərrikin sıradan çıxması ucbatından baş verdiyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31