Moskvadakı partlayışda ölənlərin sayı 7-yə çatdı

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında baş vermiş qaz partlayışı nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Olaylar.az  xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinə istinadən bildirib.

"Dağıntılar altında beşinci mərhumun cəsədi tapılıb", - agentliyin həmsöhbəti deyib.Fövqəladə xidmətlərdə uşaq cəsədinin tapıldığını, iki nəfərin taleyinin bilinmədiyini bildiriblər.

Axtarış və xilasetmə əməliyyatı davam edir. Son məlumatlara görə, hadisə nəticəsində 15 nəfər, o cümlədən iki uşaq xəsarət alıb. Altı yaralı xəstəxanaya yerləşdirilib.

"RİA Novosti"nin məlumatına görə, dağıntılar altından daha iki nəfərin meyiti aşkar olunub. Bununla da, partlayış nəticəsində həlak olanların sayı 7-yə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31