"Taliban" qadınlarla bağlı mühüm qərarı AÇIQLADI
9 Sentyabr 2021 10:48 DünyaƏfqanıstan hökumətində qadınlar da təmsil olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Taliban"ın sözçüsü Zəbiullah Mücahid bildirib.
"Bu hökumət müvəqqətidir. Şəriət qanunlarına uyğun olaraq qadınlar üçün vəzifələrimiz olacaq. Bu, başlanğıcdır, amma qadınlar üçün nələrsə tapacağıq. Onlar hökumətin bir hissəsi ola bilərlər. Bu, bizim ikinci mərhələmiz olacaq" - rejim sözçüsü qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31