Əfqanıstan-Pakistan sərhədində partlayış baş verib
8 Sentyabr 2021 15:23 DünyaPakistanın Əfqanıstanla həmsərhəd Şimali Vəziristan bölgəsində ərazinin minalardan təmizlənməsi zamanı partlayış baş verib. Olaylar.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.Məlumata görə , iki Pakistan əsgəri həlak olub. Hadisədən sonra ərazidə antiterror əməliyyatı keçirilib və separatçı qruplardan biri öldürülüb.Qeyd edilir ki, Əfqanıstanda "Taliban" tərəfindən hakimiyyətin ələ keçirilməsindən sonra yaraqlılar daha da fəallaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31