Rusiyada koronavirusa yoluxanların sayı açıqlanıb

Hazırda Rusiyada 555 810 koronavirus xəstəsi müalicə olunmaqdadır.

Olaylar.az  TASS-a istinadən xəbər verir ki,Rusiyada son 24 saat ərzində 18.024 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb. Koronavirusla mübarizə böhran mərkəzindən  sentyabr ayının 8-də mediaya verilən məlumata görə, yoluxma hallarının ümumi sayı 7,065,904-ə çatıb.

Yeni infeksiyaların nisbi artımı 0,26%səviyyəsindədir.

Son sutka ərzində Sankt-Peterburqda 1430 , Moskva Bölgəsində 673 yeni virusa yoluxma  halları aşkar edilib. Həmçinin, bu müddət ərzində Sverdlovsk vilayətində 496, Rostovda   471, Samarada isə 465 yeni virusa yoluxma faktı aşkar edilib.

Hazırda Rusiyada ümumilikdə,555 810 koronavirus  xəstəsi müalicə olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31