Əfqanlar Pakistan səfirliyi önündə etiraz aksiyası keçirib

Əfqanıstanın paytaxtındakı Pakistan səfirliyi qarşısında toplaşan təxminən 70 nəfər şəxs plakatlar qaldıraraq Pakistan əleyhinə şüarlar səsləndirib.

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  "France Presse" xəbər agentliyinin sentyabr ayının 7-də verdiyi məlumata əsasən, Taliban döyüşçüləri, Əfqanıstanın paytaxtı Kabildə Pakistan əleyhinə keçirilən etiraz aksiyasını dağıtmaq üçün atəş açıb.

Qeyd edək ki, Əfqanıstanın paytaxtındakı Pakistan səfirliyi qarşısında toplaşan təxminən 70 nəfər şəxs plakatlar qaldıraraq Pakistan əleyhinə şüarlar səsləndirib. Taliban döyüşçülərinin .Pakistanın Əfqanıstanın işlərinə müdaxiləsi ilə bağlı etiraz edən aksiyaçıları susdurmaq üçün bir neçə dəfə havaya atəş açdığı" bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31