Dünyada ilk: Bitkoin bu ölkənin rəsmi valyutası oldu
7 Sentyabr 2021 17:26 DünyaBu gündən etibarən bitkoin Salvadorda qanuni ödəniş vasitəsi olub.
Olaylar.az xəbər verir ki, bununla da Salvador dünyada bitkoini ödəniş vasitəsi olaraq qəbul edən ilk ölkə olaraq tarixə düşdü.
Qeyd olunur ki, kriptovalyutanın istifadəsi ölkə vətəndaşlarına xaricdən əmək miqrantlarının vəsaitlərini köçürərkən komissiya xərclərinə milyardlarla dollar qənaət etməyə imkan verəcək. Eyni zamanda, kriptovalyutaya keçid çirkli pulların yuyulmasını asanlaşdıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31