Hindistandan yeni virus xəbərdarlığı
7 Sentyabr 2021 13:19 DünyaHindistanın Kerala ştatında 12 yaşlı oğlan yarasa mənşəli Nipah virusundan ölüb.Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Məlumata görə, polis oğlanın evinin ətrafındakı ərazini mühasirəyə alıb, Malappuram və Kannurda xəbərdarlıq edilib.
Bildirilir ki, 188 nəfərin ölən uşaqla təmasda olduğu müəyyən edilib. Onlardan 20-si "yüksək risk" kateqoriyasına aid edilib.
Kerala səhiyyə naziri Veena Corc bildirib ki, yoluxma sentyabr ayının 4-də Milli Virologiya İnstitutu (NIV) tərəfindən təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31