Ronaldoya sertifikat TƏQDİM EDİLİB

Portuqaliya millisinin və “Mançester Yunayted”in ulduz futbolçusu Cristiano Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Portuqaliya millisinin və "Mançester Yunayted"in ulduz futbolçusu Cristiano Ronaldo "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Olaylar.az xəbər verir ki, milli komandalar tarixində ən çox qol vurman oyunçu bu uğura nail olub.

DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə matçda dubl edən Ronaldo yığmalar tarixində qol sayını 111-ə çatdırıb.
Bununla da Cristiano İran millisinin üzvü Əli Daeinin 109 qollun rekordunu geridə qoyub.
"Ginnesin Rekordlar Kitabı"na düşən portuqaliyalı ulduza bu gün sertifikat təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31