“Ekoloji fəlakətdən qorunmaq üçün lazımi tədbirləri görürük” FUAT OKTAY

"Ekoloji fəlakətdən qorunmaq üçün əlimizdəki bütün vasitələri səfərbər edərək lazımi tədbirləri görürük"

"Ekoloji fəlakətdən qorunmaq üçün əlimizdəki bütün vasitələri səfərbər edərək lazımi tədbirləri görürük". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay, Suriyadan Şimali Kipr sularına neft sızmasına münasibət bildirərkən səsləndirib. Oktay qeyd edib ki, neft sızıntısı Karpaz sahilinə doğru irəlilədiyi xəbərindən dərhal sonra cərəyan edən proseslər Türkiyədə də yaxından izlənilib: "Hamını səfərbər edərək lazımi tədbirləri görürük".

Fuad Oktay qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan da hadisələri yaxından izləyir və müntəzəm olaraq ŞKTR prezidenti Ersin Tatar və digər səlahiyyətlilərlə təmasda olur: "Hədəf açıq sahildə çirklənməni sahilə vurmadan nəzarət altına almaqdır. Bu çərçivədə bütün əlaqədar təşkilatlar səfərbər olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31