Dünyaca tanınmış aktyor VƏFAT ETDİ

Amerikalı aktyor Ed Asner 91 yaşında dünyasını dəyişib.

Amerikalı aktyor Ed Asner 91 yaşında dünyasını dəyişib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ed Asnerin bu səhər dünyasını dəyişdiyi bildirilsə də, ölüm səbəbi açıqlanmayıb.
 
Film Aktyorları Birliyinin keçmiş prezidenti olan Asner 1970-80-ci illərdə "Mary Tyler Moore Show" və "Lou Grant" televiziya proqramları ilə şöhrət qazanıb.
 
7 Emmy mükafatı ilə rekorda sahib olan Asner "Köklər" və "Zəngin və Kasıb" seriallarında rol alıb.
 
Asnerin filmləri arasında Şaxta babanı canlandırdığı "Elf" və baş qəhrəman Carl Fredricksenin səsini verən "Up" cizgi filmi də var.
 
Qeyd edək ki, Ed Asner son olaraq "Cobra Kai" serialında oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31