Yunan Kiprindən türklərə qarşı qeyri-insani DAVRANIŞ
Şimali Kipr Türk Respublikasının Prezident Adminstarsiyası Kiprin yunan tərəfinin bəzi Kipr türklərinin pasportlarını ləğv etmək qərarına etirazını bildirib.
25 Avqust 2021 13:59 DünyaŞimali Kipr Türk Respublikasının Prezident Adminstarsiyası Kiprin yunan tərəfinin bəzi Kipr türklərinin pasportlarını ləğv etmək qərarına etirazını bildirib.
"OLAYLAR" xəbər verir ki, bununla bağlı Şimali Kipr Türk Respublikasının Prezident Adminstarsiyası yazılı açıqlama yayıb. Açıqlamada Kipr Cümhuriyyətinin tamamilə bir yunan dövlətinə çevrildiyini və Kıbrıs Türk tərəfinin qanuni hüquqlarına heç bir şəkildə hörmət edilmədiyini göstərən yeni bir sübut olduğuna diqqət çəkilib.Prezident Adminstrasiyası bu praktikanın və əsas hakim zehniyyətinin Kipr münaqişəsinin əsl səbəbini və Kiprdə bərabərliyə əsaslanan federal bir ortaqlığın niyə qurulub davamlı ola bilmədiyini açıq şəkildə ortaya qoyduğunu bildirib.