İsrail Qəzzanı BOMBALADI
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərində Fələstinlilərin özünü müdafiə qruplarına məxsus mövqelərə hücum təşkil edib. Hücumdan sonra ərazidən alov və tüstü çıxıb.
24 Avqust 2021 11:50 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərində fələstinlilərin özünü müdafiə qruplarına məxsus mövqelərə hücum təşkil edib. Hücumdan sonra ərazidən alov və tüstü çıxıb.
Hücumda Qəzzanın şərqindəki Əl-Zaytoun məhəlləsində yerləşən kənd təsərrüfatı sahəsi də hədəfə alınıb.
Hücum zamanı xəsarət alanların olub-olmadığı hələlik məlum deyil. Lakin İsrail mediası hava hücumlarının Qəzzadan İsrailə atəş açmaq üçün topların atılmasına cavab olduğunu bildirib.