Festival zamanı 75 nəfər XƏSARƏT ALIB
23 Avqust 2021 14:44 DünyaHindistanın şimalında festival zamanı 75 nəfər xəsarət alıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Times of India" yayıb. Məlumata əsasən, insident Uttarakhand ştatında daş atılması ilə həyata keçirilən illik Bagwal festivalı zamanı baş verib. Festival zamanı inanclılar bir-birilərinə daş atmaqla qan çıxarırlar.
Qeyd olunub ki, Uttarakhand ştat məhkəməsi 2013-cü ildə festivalda atılan daşları meyvə və güllər ilə əvəz edib. Lakin, festival iştirakçıları tədbirin əvvəlində bir-birilərinə gül atsa da, daha sonradan bir qrup daş atmağa başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31