"Əfqanlar Polşa-Belarus sərhədində 2-3 sutkadır ac və susuz..." LUKAŞENKO POLŞANI TƏNTİQ ETDİ
Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda günahlandırıb.
23 Avqust 2021 13:43 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda günahlandırıb.
Dövlət başçısı Polşanın sərhəd ərazilərində münaqişə yaratdığını bəyan edib.
A.Lukaşenko Almaniyaya getmək üçün Belarusdan Polşaya keçməyə çalışan Əfqanıstan qaçqınlarının Polşa sərhədçiləri tərəfindən silah təzyiqi ilə geri qaytarıldığını və qaçqınların Polşa-Belarus sərhədində 2-3 sutkadır açıq havada ac və susuz qalmağa məcbur olduqlarını bildirib.
"Sərhəddə gecələr cəmi 7-8 dərəcə istilik olur. Bu gün mən düşünməliyəm ki, onlarla nə edim", - Belarus Prezidenti əlavə edib. (az24)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31