BMT 120 əfqanı TƏXLİYYƏ ETDİ

BMT-nin təxliyyə etdiyi şəxslər təşkilatın əməkdaşları və Əfqanıstanda təşkilatla əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarının nümayəndələridir. 

Olaylar.az  xəbər verir ki, bu barədə məlumatı BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlayıb.

Məlumata əsasən, BMT-nin təxliyyə etdiyi şəxslər təşkilatın əməkdaşları və Əfqanıstanda təşkilatla əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarının nümayəndələridir. 

Bildirilir ki, bu son həftə ərzində BMT-nin həyata keçirdiyi ikinci belə əməliyyatdır. 

Onun sözlərinə görə, BMT diqqətini minlərlə əməkdaşının və müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə yönəldib və köməyə ehtiyacı olan milyonlarla əfqana kritik vacib humanitar və digər yardımların çatdırılması üzərində işləyir. 

Əlavə olaraq qeyd olunub ki, keçən həftə BMT-nin təqribən 100 əməkdaşı distant formada işinə davam etmək üçün Kabildən Almatı şəhərinə uçub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31