Əfqan qadın ABŞ hərbi təyyarəsində uşaq dünyaya gətirdi – FOTO

Kabil hava limanından Almaniyadakı “Ramştayn” hərbi hava bazasına uçan ABŞ təyyarəsində qeyri-adi hadisə yaşanıb

 

Kabil hava limanından Almaniyadakı "Ramştayn" hərbi hava bazasına uçan ABŞ təyyarəsində qeyri-adi hadisə yaşanıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tanınmış həkim: "Peyvənd olunma yoluxmanın qarşısını ala bilmir"

Təyyarədəki hamilə əfqan qadının həyəcan səbəbindən doğuş sancıları başlayıb.

ABŞ hərbi hava gəmisi Almaniya bazasına endikdən az sonra xanım elə təyyarədə ikən ana olub.

Onun və dünyaya gətirdiyi qız uşağının həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31