Merkel Avropanın Rusiya qazından imtina edəcəyi tarixi açıqladı
Avropa klimatik neytrallığa nail olmağı hədəfləyib
22 Avqust 2021 20:32 DünyaAvropa klimatik neytrallığa nail olmağı hədəfləyib.
TASS xəbər verir ki, bunu Kiyevdə rəsmi səfərdə olan Almaniya Kansleri Angela Merkel bəyan edib.
"2050-ci ilədək Avropa addım-addım klimatik neytrallığa nail olmalıdır. Bu isə o deməkdir ki, ən gec 25 il sonra Rusiyadan Avropaya qaz nəql edilməyəcək və ya çox məhdud həcmdə nəql ediləcək", - deyə Merkel bildirib.
Almaniya hökumətinin başçısı Ukraynanın da gələcək reallıqlara hazır olmasının və ölkədə yaşıl energetikanın inkişafının vacibliyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31