Gürcüstanın Baş naziri Ukrayna prezidenti ilə görüşüb
Ukraynada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşüb
22 Avqust 2021 19:45 DünyaUkraynada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bu barədə İ.Qaribaşvili özünün "Twitter" hesabında paylaşım edib.
Bildirib ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri, Avropaya və Avroatlantik inteqrasiyaya dair ortaq səylər, regional təhlükəsizlik məsələləri və münaqişələrin sülh yolu ilə effektiv həlli barəsində müzakirə aparılıb. İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31