Moskvada mənzildə partlayış olub, ölənlər var

Rusiya paytaxtının şimal-qərbində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb

Rusiya paytaxtının şimal-qərbində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

TASS  xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun "Telegram" kanalında məlumat yayılıb.

“Ələt Azad İqtisadi Zona”da yataqxana və ofis binası inşa edilir

Məlumata görə, ölənlərdən ikisi yeniyetmədir, birinin 14, digərinin isə 12 yaşı var.

İlkin ehtimala görə, mənzildə hələlik növü müəyyən edilməyən partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra binada yanğın, çökmə və ya zədələnmə baş verməyib.

"Ehtimal olunur ki, mənzildə əldə hazırlanmış naməlum qurğu partlayıb, ancaq təlim qumbarası deyil", - deyə fövqəladə hallar xidmətindəki mənbə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31