Daha 544 nəfər KORONAVİRUSDAN ÖLDÜ
İranda ötən sutka ərzində 24 179 nəfər koronavirusa yoluxub, 544 nəfər koronavirusdan ölüb.
21 Avqust 2021 14:51 Dünyaİranda ötən sutka ərzində 24 179 nəfər koronavirusa yoluxub, 544 nəfər koronavirusdan ölüb.
Olaylar.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusa yoluxanların sayı 4 640 695 nəfərə, ölənlərin sayı 101 354 nəfərə yüksəlib.
Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31