ABŞ-dan Rusiyaya yeni sanksiyalar

ABŞ “Şimal axını 2” qaz boru xəttinin inşası ilə əlaqədar Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib

 

ABŞ "Şimal axını 2" qaz boru xəttinin inşası ilə əlaqədar Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.

Bu barədə "RİA Novosti" ABŞ Dövlət katibi Entoni Blinkenə istinadən məlumat yayıb.

“ASAN Xidmət”də karantin qaydaları pozuldu – VİDEO

Bildirilib ki, bu dəfə ABŞ-ın sanksiyalarına iki nəfər Rusiya vətəndaşı olan fiziki şəxs və Rusiya bayrağı altında üzən gəmi məruz qalıb.

Blinkenin sözlərinə görə, ABŞ Almaniya və digər müttəfiqlərilə birlikdə "Şimal axını 2" layihəsinin Ukrayna, NATO və Aİ ölkələri üçün risklərini azaltmaq üzərində çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31