Türkiyədə sualtı qayıqları məhv edən dron hazırlanacaq

Türkiyə müdafiə sənayesinin ilk avtomatik dəniz qayığı olan “Ulaq” seriyasının istehsalçısı olan “Ares” tərsanəsi daha bir yeniliyə imza atmağa hazırlaşır

 

Türkiyə müdafiə sənayesinin ilk avtomatik dəniz qayığı olan "Ulaq" seriyasının istehsalçısı olan "Ares" tərsanəsi daha bir yeniliyə imza atmağa hazırlaşır.

Bu barədə şirkətin baş derektoru Utku Alanç İstanbulda keçirilən IDEF-21 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində "Anadolu" agentliyinə açıqlaması zamanı bildirib.

İNDİCƏ: Hulusi Akar Qarabağla bağlı SƏRT AÇIQLAMA verdi: "Heç kəsin şübhəsi olmasın!"

Onun sözlərinə görə, artıq "Ares"də robot sualtı müdafiə qayığının istehsalı üzrə hazırlıq işləri tamamlanıb.

Şirkət rəhbəri dron-gəminin istehsalında istifadə olunan detalların və proqram təminatının 90% yerli məhsul olduğunu qeyd edib. O, sözügedən hərbi vasitənin, xüsusən sabotaj məqsədilə limanlara daxil olan dalğıclara qarşı tətbiq edilə biləcəyini də vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31