Türkiyədə bu gün koronavirusdan 204 nəfər ölüb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 216 nəfər həyatını itirib
20 Avqust 2021 21:43 DünyaTürkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 216 nəfər həyatını itirib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 293 252 nəfər test edilib, onların 19 918-nin koronavirus testi pozitiv nəticə verib, 15 561 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 88 059 440 peyvənd tətbiq edilib ki, bunun 73,52 faizi birinci mərhələ vaksinasiya olunanlardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31