“Real”ın “Santyaqo Bernabeu”dakı firma mağazasından oğurluq edilib - FOTO

Madridin “Real” klubunun “Santyaqo Bernabeu” stadionunda yerləşən firma mağazasından oğurluq edilib

 

Madridin "Real" klubunun "Santyaqo Bernabeu" stadionunda yerləşən firma mağazasından oğurluq edilib.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, oğurluq hadisəsi yerli vaxtla səhər saat altı radələrində baş verib.

Oğurluq edən şəxslər üç avtomobilə "Real"ın formalarını, paltar və digər malları dolduraraq ərazidən uzaqlaşıblar.

Polis təhlükəsizlik kameralarının köməyi ilə oğurluq zamanı istifadə edilən avtomobillərin nömrələrini müəyyənləşdirməyə çalışır.

SON DƏQİQƏ: Zəngəzur qarışdı: Yolları bağladılar

Hüquq-mühafizə orqanları hər üç maşının qaçırıldığı qənaətindədirlər.

Qeyd edək ki, hazırda "Santyaqo Bernabe"uda yenidənqurma işləri aparılır. Bütün işlərin 2022-ci ildə tamamlanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31