Fəxrəddin Qoca: “Türkiyədəki COVID xəstələrinin 90%-indən çoxu “Delta” ştammına yoluxub”

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca cəmiyyətdə hərəkətliliyin artdığını, COVID tədbirlərinə riayət etmə dərəcəsinin azaldığını və məhz bu səbəbdən də yeni yoluxanların sayının artdığını bildirib

 

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca cəmiyyətdə hərəkətliliyin artdığını, COVID tədbirlərinə riayət etmə dərəcəsinin azaldığını və məhz bu səbəbdən də yeni yoluxanların sayının artdığını bildirib.

Bu barədə "Anadolu" məlumat yayıb.

TƏBİB: “Ölümün peyvəndlə əlaqəli olub-olmadığını bilmək üçün ekspertiza olmalıdır”

"Hazırda Türkiyədəki COVID xəstələrinin 90%-indən çoxu "Delta" ştammına yoluxub. "Delta plyus" variantı da getdikcə daha sürətlə yayılır, amma hələ ki, yüksək səviyyədə deyil. Variant dəyişikliyi keçiciliyin yüksək olmasına, bu isə öz növbəsində yoluxanların sayının artmasına gətirib çıxarıb. Əvvəllər sosial məsafə üçün 1,5 metr kifayət idisə, indi bu ən azı 2 metr olmalıdır", - deyə nazir bildirib.

Fəxrəddin Qoca, həmçinin maska, məsafə və gigiyena qaydalarına riayət etməyin vacibliyini də qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31