Əfqanıstanın məşhur müğənnisi görün nə etdi

Əfqanıstanın ən məşhur pop ifaçısı Ariana Sayid Türkiyəyə sığınıb

Əfqanıstanın ən məşhur pop ifaçısı Ariana Sayid Türkiyəyə sığınıb.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, "Taliban" Kabilə girdikdən sonra müğənni Amerikanın karqo təyyarəsi ilə Türkiyəyə gəlib. Bununla bağlı müğənninin özü sosial şəbəkədə məlumat yayıb.

Bakı nə etsə, İRƏVAN SUSUR

"Sizinlə paylaşacaq çox hekayəm var", - deyə Ariana Sayid "İnstagram" səhifəsində qeyd edib. Türkiyənin məşhur müğənnisi Çelikin onun bu paylaşımına "Ah gözəlim, bizdə sənin kimi nə hekayələr var..." şərhini yazması isə müzakirələrə səbəb olub. İzləyicilər Çelikin bu davranışını təəccüb içərisində qarşılayıblar.

Xatırladaq ki, 36 yaşlı Ariana Sayid bütün dünyada yayımlanan "The Voice" musiqi müsabiqəsinin Əfqanıstan versiyasında münsiflər heyətinin üzvlərindən biri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31