Məşhur rəssamın milyonluq tablosu oğruların hədəfi oldu - Foto
Məşhur fransız rəssam Klod Monenin Niderlanddakı Zaans Muzeyində qorunan 1,4 milyon dollar dəyərindəki "De Voorzaan en de Westerhem” adlı tablosu oğruların hədəfi olub
19 Avqust 2021 20:40 DünyaMəşhur fransız rəssam Klod Monenin Niderlanddakı Zaans Muzeyində qorunan 1,4 milyon dollar dəyərindəki "De Voorzaan en de Westerhem" adlı tablosu oğruların hədəfi olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Niderland polisi məlumat yayıb.
Hadisə bazar günü, saat 10:30-da baş verib. İki silahlı şəxs əsəri oğurlamağa çalışıb, ancaq buna müvəffəq ola bilməyəcəklərini görərək, hadisə yerindən qaçıblar.
Faktla bağlı istintaq başladılıb, qaçan şübhəlilərin axtarışları davam edir.
Muzeyin açıqlamasına görə, soyğunçular heç nə oğurlaya bilməyiblər. Tablonun zərər görüb-görmədiyi isə araşdırmalardan sonra bəlli olacaq.
Oteldə gizli görüntülərini çəkib həyat yoldaşına göstərdilər - Məşhur müğənninin həyat yoldaşı xəyanət edib? / FOTO
2015-ci ildə muzeyin invertarına daxil olan əsər hələlik sərgidən yığışdırılıb.
Qeyd edək ki, K.Mone impressionizmin yaradıcılarından biridir. Onun 1871-ci ildə sürətli fırça zərbələri ilə ərsəyə gətirdiyi tablo Zandamın cənubundakı çay boyu uzanan Vorzanın mənzərəsini əks etdirir.