Bu ölkədə "Delta"nın YENİ MUTASİYASI YAYILDI

İsveçdə koronavirus infeksiyasının "Delta" ştammının yeni mutasiyası yayılıb.

İsveçdə koronavirus infeksiyasının "Delta" ştammının yeni mutasiyası yayılıb.

Olaylar.az-ın "SVT Nyheter" nəşrinin bildirdiyi məlumata istinadən verdiyi xəbərə görə, azı səkkiz nəfər yeni mutasiyaya yoluxub.

Onların hamısı Portuqaliyadan və İspaniyadan qayıdanlardır.

Eyni zamanda, isveçli mütəxəssislər yeni mutasiyanın nə qədər yoluxucu olması barədə məlumata sahib deyillər. Həmçinin, xəstələr arasında COVID-19 peyvəndinin hər iki dozasını vurduran şəxslər də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31