Ukraynadakı futbol matçında MƏŞQÇİ HAKİMİ DÖYÜB
Ukraynadakı futbol matçında məşqçi hakimi döyüb
19 Avqust 2021 13:51 DünyaUkraynadakı futbol matçında məşqçi hakimi döyüb
Ukrayna Kubokunun II turunda "Olimpiya" və "Volçansk" komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb.
Olaylar.az-ın məlumatına görə, "Olimpiya"nın futbolçuları və məşqçiləri qarşılaşma başa çatandan sonra baş hakimə etirazlarını bildirib.
Onlar qapılarına təyin edilən penaltinin doğru qərar olmadığını söyləyiblər. Daha sonra meydan sahiblərinin məşqçisi Aleksandr Kulik qəzəblənərək hakimə hücum edib və onu döyməyə başlayıb. Mütəxəssisi oyunçular sakitləşdirə bilib.
Qeyd edək ki, matç "Volçansk"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31