Şimali Kiprdən Türkiyəyə 17 MİLYON YARDIM
Türkiyədə səfərdə olan Şimali Kipr Türk Respublikasının baş naziri Ersan Saner qardaş ölkənin vitse-prezidenti Fuad Oktayla görüşüb. Kiprdəki mövcud durum, qarşıdakı planlar, atılacaq addımlar barədə fikir mübadiləsi aparan tərəflər bir müddətdir Türkiyəni çətin duruma salan meşə yanğınları və sel daşqınlarından da danışıblar.
19 Avqust 2021 11:44 DünyaTürkiyədə səfərdə olan Şimali Kipr Türk Respublikasının baş naziri Ersan Saner qardaş ölkənin vitse-prezidenti Fuad Oktayla görüşüb. Kiprdəki mövcud durum, qarşıdakı planlar, atılacaq addımlar barədə fikir mübadiləsi aparan tərəflər bir müddətdir Türkiyəni çətin duruma salan meşə yanğınları və sel daşqınlarından da danışıblar.
Baş nazir Şimali Kipr Türk Respublikasının dövlət və qeyri-dövlət təşkilatlarının Türkiyəyə meşə yanğınları və sel daşqınlarından dolayı yardım məqsədilə topladığı 17 milyoin lirəni Fuad Oktaya təqdim edib.
Türkiyənin vitse-prezidenti bundan dolayı Şimali Kipr xalqına minnətdarlığını ifadə edib və eyni zamanda bir daha bəyan edib ki, Türkiyə hər zaman Şimali Kiprin haqlı davasında onun yanında olacaq, sona qədər bu mübarəzədə ŞKTR-yə dəstək verəcək.