Taliban siyasi məhbuslardan HANSI MƏQSƏD ÜÇÜN İSTİFADƏ EDƏCƏK?
“Taliban” radikal hərəkatının lideri Haybatulla Axundzadə Əfqanıstan həbsxanalarından siyasi məhbusların azadlığa buraxılmasını əmr edib.
19 Avqust 2021 11:20 Dünya"Taliban" radikal hərəkatının lideri Haybatulla Axundzadə Əfqanıstan həbsxanalarından siyasi məhbusların azadlığa buraxılmasını əmr edib.
Bu barədə məlumatı hərəkatın nümayəndəsi Qari Yousaf Əhmədi açıqlayıb.
"İslam əmirliyinin Ali lideri şeyx Al-Hadis Haybatulla Axundzadə bütün həbsxanalardan siyasi məhbusların azad edilməsini əmr edib. Vilayətlərin qubernatorları ölkənin həbsxanalarından bütün yüksək və adi səviyyəli siyasi məhbusları qeyd-şərtsiz azad edəcəklər və onlar sabah etibarən ailələrinə təhvil veriləcəklər", - deyə Əhmədi öz tvitter hesabında yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31