“Talibana heç vaxt baş əyməyəcəyəm” - Salehi yeni cəbhə açdı

“Taliban terrorçuları qarşısında heç vaxt baş əyməyəcəyəm və onlarla bir səmanın altında yaşamaq niyyətində deyiləm”.

"Taliban terrorçuları qarşısında heç vaxt baş əyməyəcəyəm və onlarla bir səmanın altında yaşamaq niyyətində deyiləm".Olaylar.az  xəbər verir ki, bunu Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehi deyib.O, sosial şəbəkələr vasitəsilə xalqa müraciət edərək əfqan xalqını taliblərə qarşı mübarizəyə çağırıb.Yerli KİV-də yayılan məlumata görə, Ə.Salehi özünə sadiq silahlı dəstə ilə Pəncşər vilayətinə çəkilib. O, əfsanəvi səhra komandiri Əhməd Şah Məsudun oğlunun rəhbərlik etdiyi silahlı dəstəyə qoşulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31