Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı

TRT HABER-ə istinadən xəbər verir ki, Kastamonu, Sinop və Bartında ölənlərin sayı 78 -ə yüksəldi.

Olaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Kastamonu, Sinop və Bartında ölənlərin sayı 78 -ə qalxıb. AFAD -ın Qərbi Qaradəniz bölgəsindəki sel ilə bağlı verdiyi açıqlamada, Kastamonuda 62, Sinopda 15, Bartında 1 nəfərin həyatını itirdiyi, 2 adamın müalicəsinin xəstəxanalarda davam etdirildiyi bildirilib.

Kastamonuda xətləri zədələnmiş bütün rayon və kəndlərə elektrik verilib.Dağılmış binalarla bağlı araşdırmalar davam edir. Həbs qərarı verilən podratçı Mehmet Özkan İstanbul Esenyurtda saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31