İranda koronavirusa rekord yoluxma qeydə alındı
İranda pandemiya başlayandan ən yüksək gündəlik yoluxma qeydə alınıb
17 Avqust 2021 22:02 Dünyaİranda pandemiya başlayandan ən yüksək gündəlik yoluxma qeydə alınıb.
"Anadolu" agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, son sutkada 50 228 yeni yoluxma müəyyən edilib.
Həmin şəxslərdən 5 163-ü xəstəxanaya yerləşdirilib.
Ötən gün ərzində 625 nəfər virus səbəbindən ölüb.
Təxminən 83 milyon əhalisi olan ölkədə ümumilikdə 20 481 265 doza peyvənd vurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31