Taliban Türkiyəni "qardaş ölkə" adlandırdı, dünyaya GÖZLƏNİLMƏZ MESAJLAR verdi

Əfqanıstanda hakimiyyəti ələ alan Taliban qruplaşması gözlənilməz açıqlamalar verib

Əfqanıstanda hakimiyyəti ələ alan Taliban qruplaşması gözlənilməz açıqlamalar verib.
Azərforum xəbər verir ki, Türkiyənin "A Haber" televiziyasına açıqlamasında Taliban sözçüsü Suhail Şahin "Türkiyə bizim üçün qardaş ölkədir. İslam ölkəsidir", deyib. O, Türkiyə qüvvələrinin Əfqanıstanda olmasını müsbət qiymətləndirib:

"Onların burada olması bizim üçün çox yaxşıdır. Türkiyə ilə çox yaxşı münasibətlər qurmağı hədəfləyirik. Hər hansı bir maddi yardım və ya əməkdaşlıq üçün Türkiyə ilə bir arada olmaq istəyirik".

İranlı ekspertdən İrəvana: Yoxsa vəziyyətiniz PİS OLACAQ

Taliban sözçüsü həmçinin Talibanın Əfqanıstandakı hədəflərindən də danışıb:

"Bizim dünyaya mesajımız budur; Əfqanıstanda hökumeət qurulacaq və bu hökumət dünya nizamına uyğunlaşacaq. Regional olaraq da hər kəslə uyğunlaşacağıq.  Pakistan, Əfqanıstan və ətrafımızdakı insanlar üçün əsas hüquqları tanıyaraq idarəçilik yaratmaq istəyirik. Hər kəsin ürəyi rahat olsun, kimsə üçün təhdid təşkil etmirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31