Türkiyədə vaksinasiya yaşı 15-ə endirildi
Türkiyənin Səhiyyə Nazirliyi əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib.
16 Avqust 2021 13:21 DünyaTürkiyənin Səhiyyə Nazirliyi əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib.
Olaylar.az modern.az-a istinadən xəbər verir ki, qərara əsasən ölkə üzrə vaksinasiya yaşı 18-dən 15-ə endirilib.
Bundan əlavə, xroniki xəstəliyi aşkarlanan yeniyetmələrdə 12 yaşdan vaksinlənmə həyata keçirilməlidir. Həmçinin PCR testinin nəticəsi pozitiv çıxan xəstələrdə vaksin vurulması 3 aydan 1 aya endirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31