Türkiyə hərbçilərin cənazələrini RUSİYAYA GÖNDƏRDİ
Türkiyədə qəzaya uğrayan Rusiyanın “Be-200” tipli amfibiya təyyarəsinin göyərtəsində olan rusiyalı ekipaj üzvlərinin cənazələri vətənlərinə göndərilib.
16 Avqust 2021 12:38 DünyaTürkiyədə qəzaya uğrayan Rusiyanın "Be-200" tipli amfibiya təyyarəsinin göyərtəsində olan rusiyalı ekipaj üzvlərinin cənazələri vətənlərinə göndərilib.
Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbçilərin cənazəsi Adana Şakirpaşa Hava Limanından Rusiyaya yola salınıb.Təyyarə qəzasında həlak olan 3 Türkiyə vətəndaşının cənazəsi isə avqustun 15-də ailələrinə təhvil verilib. Xatırladaq ki, Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülən "Be-200" tipli amfibiya təyyarəsi avqustun 14-də Türkiyənin Kahramanmaraş bölgəsində qəzaya uğrayıb. Təyyarədə olan 5 rus hərbçisi və 3 türk mütəxəssis həlak olub.