Səudiyyə Ərəbistanı diplomatlarını Kabildən TƏXLİYƏ ETDİ
Taliban Əfqanıstanın paytaxtı Kabilə daxil olduqdan sonra Səudiyyə Ərəbistanı səfirlik işçilərini və diplomatlarını ölkədən çıxardı .
16 Avqust 2021 11:39 DünyaOlaylar.az xəbər verir ki, Taliban Əfqanıstanın paytaxtı Kabilə daxil olduqdan sonra Səudiyyə Ərəbistanı səfirlik işçilərini və diplomatlarını ölkədən çıxardı .
Səudiyyə Ərəbistanı xəbər agentliyinin (SPA) Xarici İşlər Nazirliyinin mənbələrinə əsaslanan məlumata görə, Taliban yaraqlıları Əfqanıstanın paytaxtı Kabilə daxil olduqdan sonra səfirliyin bütün işçiləri ölkəyə gətirilib.
Bildirilir ki, Kabildən gələn diplomatların və səfirlik işçilərinin sağlamlıqları yerindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31