Nigeriyada müsəlman zəvvarlara hücum edilib, 22 nəfər ölüb, 14 nəfər yaralanıb

Nigeriyanın Yayla əyalətində dini xadimlərini daşıyan beş avtobusdan ibarət avtomobil karvanına hücum edilib

Nigeriyanın Yayla əyalətində dini xadimlərini daşıyan beş avtobusdan ibarət avtomobil karvanına hücum edilib.

Bu barədə AFP-ə bölgə polisinin əməkdaşı Ubah Oqaba məlumat verib.

Polis bildirib ki, hücum zamanı avtobuslarda olan müsəlman zəvvarlardan 22 nəfəri ölüb, 14 nəfəri yaralanıb.

Türkiyədə amfibiya təyyarə dağa belə çırpıldı - ANBAAN VİDEO

"Premium Times Nigeria" qəzetinin məlumatına görə, əvvəlcədən zəvvarların keçəcəyi yolda pusqu qurulub.

Hücumun motivləri barədə hələlik məlumat verilməyib.

Qeyd edilib ki, avtobusda Nigeriyanın tanınmış din xadimi Dahiri Bauçinin ardıcılları da olub.

Səlahiyyətlilərin açıqlamasında görə, hücumda şübhəli bilinən 12 nəfəri saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31