Meşəni yandıran şəxsi DİRİ-DİRİ YANDIRDILAR
Əlcəzairdə meşə yanğınlarında şübhəli bilinən şəxs yerli sakinlər tərəfindən yandırılıb
13 Avqust 2021 23:09 DünyaƏlcəzairdə meşə yanğınlarında şübhəli bilinən şəxs yerli sakinlər tərəfindən yandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Əlcəzair prokurorluğunun məlumatında deyilib.
Bildirilib ki, polis məntəqəsinə hücum edən insanlar orada saxlanılan həmin şəxsi çölə çıxarıb, ardınca onu linç edərək yandırıblar.
Hadisəyə müdaxilə edən polis əməkdaşlarından yaralananların olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Əlcəzairdə baş verən meşə yanğınlarında 69 insan həlak olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31