Qara dənizin rəngi qəhvəyiyə döndü – VİDEO
Türkiyə sahillərində Qara dənizin rəngi qəhvəyiyə dönüb
13 Avqust 2021 22:39 DünyaTürkiyə sahillərində Qara dənizin rəngi qəhvəyiyə dönüb.
Bu barədə yerli KİV xəbər yayıb.
Məlumata görə, dəniz sularının öz rəngini dəyişməsi Türkiyədəki sel fəlakətilə əlaqədardır.
Məhz təbii fəlakət nəticəsində tonlarla palçıq, eləcə də avtomobil, ağac və digər əşyalar dənizə tökülüb ki, bu da onun sularının öz rəngini dəyişməsinə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31