“Pangea”nın prezidenti: "Taliban" Kabilin 50 km-liyindədir"

“Taliban” qruplaşması Əfqanıstanın paytaxtı Kabilin 50 km-liyində olduğu üçün biz çox narahatıq”.

"Taliban" qruplaşması Əfqanıstanın paytaxtı Kabilin 50 km-liyində olduğu üçün biz çox narahatıq".

Olaylar.az xəbər verir ki, bunu İtaliyanın Əfqanıstanda fəaliyyət göstərən "Pangea" humanitar təşkilatının prezidenti  Luka Lo Presti   telefon vasitəsilə "RİA Novosti"yə bildirib.

Onun sözlərinə görə, Kabildə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

"Bu gün səhər kabelləri kəsdilər. Şəhər, demək olar ki işıqsız qalıb, təcrid vəziyyətindədir", - Lo Presti deyib.

Humanitar təşkilatın başçısı bütün çətinliklərə baxmayaraq Əfqanıstanda xalqa yardım etmək məqsədilə fəaliyyət göstərdiklərini qeyd edib: "Dünya Əfqanıstandakı hərbi məğlubiyyətin biabrçılığının arxasında gizlənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31