SKANDAL- Çin Talibanı TANIYACAQ

Rəsmi Pekin Əfqanıstanda taliblərin hakimiyyətini tanımaq niyyətindədir.

Rəsmi Pekin Əfqanıstanda taliblərin hakimiyyətini tanımaq niyyətindədir.

Olaylar.az  xəbər verir ki, bu barədə "U.S.Nyus" nəşri ABŞ və digər ölkələrin kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Çin paytaxt Kabilin taliblər tərəfindən ələ keçirilməsindən sonra bu addımı atmağı düşünür.

"Çin Kabildə Qərbin dəstəklədiyi hakimiyyəti devirə biləcəyi təqdirdə Talibanı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanımağa hazırdır", - məlumatda bildirilib.

Nəşr qeyd edib ki, rəsmi Pekin Talibanı Prezident Əşrəf Qəni hökuməti ilə sülh müqaviləsi bağlamağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31