Dəhsət! Rusiyada sərnişin avtobusu partlayıb- FOTO-VİDEO
13 Avqust 2021 02:45 DünyaOlaylar.az Ria.Novostiye istinadən xəbər verir ki, bu gün şəhərin "Çijov qalereyası" ticarət mərkəzinin yanında PAZ markalı avtobus partlayıb. Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
Məlumata görə, Rusiyanın Voronej şəhərində marşrut avtobusunun partlaması nəticəsində xəsarət alanların sayı 16-ya çatıb. Onlardan bir nəfər qadın ölüb.
"Xəsarət alanların sayı dəqiqləşdirilir. Cinayət işi açılıb. İstintaqın gedişini İstintaq Komitəsinin sədri və mərkəzi aparat nəzarətdə saxlayırlar", - İK-nın rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə Voronejə Kriminalistika Baş İdarəsinin kriminalistləri və mərkəzi aparatın müstəntiqləri göndəriliblər.