Baydenə yeni bir ŞOK: Əxlaqsız qadınla yataq görüntüləri yayıldı - VİDEO
ABŞ prezidenti Co Baydenin 51 yaşlı oğlu Hunter Baydenin fahişə qadınla yataq görüntüləri yayılıb
12 Avqust 2021 23:39 DünyaABŞ prezidenti Co Baydenin 51 yaşlı oğlu Hunter Baydenin fahişə qadınla yataq görüntüləri yayılıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə Las Vegas-dakı hotel otağında çəkilən görüntülərdə Hunter Baydenin fahişə ilə birlikdə olduğu əksini tapıb.
Videoda Hunter Bayden noutbuklarının rus narkotik satıcıları tərəfindən oğurlandığını iddia edib.
Görüntülərdə Hunter Bayden noutbuklarının oğurlandığı gecə narkotikdən istifadə etdiyi üçün huşunu itirdiyini söyləyir. Birlikdə olduğu qadının "Kompüterlərdə nə vardı?" - sualına isə o, belə cavab verir:
"Kompüterdə cinsi əlaqədə olarkən çəkdiyim videolar var. Kompüterim onlarla video ilə doludur".

