Türkiyədə bu gün koronavirusdan 138 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 138 nəfər həyatını itirib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 138 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

3 UŞAQ ANASI hislərinə qurban getdi - ŞOK əməl

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 281 535 nəfər test edilib, onların 22 261-nin koronavirus testi pozitiv nəticə verib, 15 685 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 81 482 006 peyvənd tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31